تبليغاتX
حمید والایی (نویسنده و فعال حقوق بشر) - Güney Azərbaycan milli hərəkat fəalı Həmid Valayi yenidən məhkəməyə çağrılıb
 

Güney Azərbaycan milli hərəkat fəalı Həmid Valayi yenidən məhkəməyə çağrılıb

 Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycan milli hərəkat fəalı hüquq müdafiəçisi Həmid Valayi Təbriz İnqilab məhkəməsi tərəfindən yenidən 30 yanvar 2009-cu il tarixində saat: 12-00-da İnqilab Məhkəməsinin 2-ci şöbəsində hazır olmasını tələb edib.

Həmid Valayinin vəkili Nəqi Məhmudinin bildirdiyinə görə soydaşımız iki ay öncə İnqilab məhkəməsinə çağrılmışdır. Bu işin hakimi “Bəyat” Həmid Valayi ilə birlikdə ittiham olunan Qulam Nəcəfi həmin tarixdə məhkəmədə hazır olmadığına görə təxirə salınmışdır. Həmid Valayi və Qulam Nəcəfi İran hakimiyyəti əleyhinə təbliğdə ittiham olunurlar.

Xatırladaq ki, Həmid Valayi Qulam Nəcəfi bir müddət öncə milli və mədəni haqlarını tələb etdiklərinə görə Təbriz ETTELAAT məmurları tərəfindən həbs edilərək 13 gün müddətinə ağır fiziki və ruhi işgəncələrə məruz qoyulmuşlar. İşgəncə nəticəsində ağır bədən xəsarəti alan Həmid Valayinin diş və qıçı sındırılmış, daxili qanaxma nəticəsində ağır duruma düşmüş.

Beynəlxalq insan haqları təşkilatları həmin tarixdə Həmid Valayinin işgəncələrə məruz qoyulmasını pisləyən bəyanatlar vermiş və dərhal azadlığa buraxılmasını tələb etmişdir.

http://www.yenixeber.blogfa.com/post-450.aspx

نوشته شده توسط ...  | لینک ثابت |